COVID-ın hansı xəstələr üçün daha təhlükəli olduğu açıqlanıb.
Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu "Ürək-damar xəstəlikləri və COVID-19" mövzusunda çıxışında deyib.
O bildirib ki, şəkərli diabet, ürək çatışmazlığı, ürək-damar, aritmiya problemləri olan xəstələr koronavirusa yoluxan zaman çox diqqətli olmalıdır.
O qeyd edib ki, koronavirus ürək xəstələrində ən çox boğulma halları yarada bilir. Virus həmçinin ürək damarlarına təsir edərək iltihabi proses də yaradır.