COVID-19 əleyhinə 3 peyvənd: vətəndaşlar seçim edə bilərmi?
06 may 2021 17:15 (UTC +04:00)

COVID-19 əleyhinə 3 peyvənd: vətəndaşlar seçim edə bilərmi?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu vətəndaşların peyvəndləmə zamanı hansı peyvənddən istifadə edilməsini seçə bilməsidir.

Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Peyvəndləmə Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir.

Lent.az xatırladır ki, hazırda ölkədə Çin istehsalı olan "CoronaVAC" və İngiltərənin Oxford Universitetinin istehsalı olan “Vaxzevria” (istehsalçı şirkət “AstraZeneca”) peyvəndindən istifadə edilir.

Bununla yanaşı, bir neçə gün əvvəl Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin ilk partiyası da ölkəyə gətirilib.

Maraqlıdır, vətəndaşlar peyvəndləmə zamanı hansı peyvənddən istifadə edilməsini seçə bilərlərmi?

Mövzu ilə bağlı olaraq TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) sorğumuza cavab olaraq bildirilib ki, hər bir vətəndaşın istəyi nəzərə alınır:

“Peyvəndlər arasında vətəndaşların seçim imkanı var”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4725
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar