Koronavirus statistikası: 102 nəfər sağaldı, 369 nəfər yoluxdu, 4 nəfər öldü
14 oktyabr 2020 14:33 (UTC +04:00)

Koronavirus statistikası: 102 nəfər sağaldı, 369 nəfər yoluxdu, 4 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 42 750 nəfər koronavirus infeksiyasına yoluxub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, onlardan 39 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib, aktiv xəstə sayı 2 564 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 734, ötən müddət ərzində isə ümumilikdə 1 193 870 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar