Son illər transgender problemi bütün vacib rəsmi görüşlərin gündəliyində əsas yerdə dayanır. İnsanların bir zamanlar utandığı, gizlətdiyi bir xüsusiyyət indi az qala qürur yerinə dönüb. Transgenderlərə xüsusi imtiyazlar verilir, yeni növ insanlar əməlli-başlı reklam edilirlər.
Yadınızdadırmı, bir neçə il öncə Avropada keçirilən bir rəsmi tədbirdə dünya liderlərinin xanımları bir araya gəlib foto paylaşmışdılar. Aralarında Avstriyalı baş nazirinin “arvadı”- kişi həyat yoldaşı da var idi. Bəs niyə bizə zorla alışqan olmadığımız şeyləri adi hal kimi sırımağa çalışırlar?
Böyük Britaniyanın baş naziri Rişi Sunak insanları reallığa dəvət edərək, “adamlar istədikləri cinsdən ola bilməzlər, kişi kişidir, qadın qadındır” - deyib və bununla da hansısa gizli güclərin qəzəbinə tuş gəlib.
Transgender məsələləri üzrə amerikalı ekspert Kris Moris hesab edir ki, bu sahədən böyük gəlir əldə etmək mümkündür deyə transgenderlik ortaya problem olaraq atılıb.
Təkcə 2018-ci ildə transgender korporasiyaları (bəli, artıq belə korporasiyalar var) cinsini dəyişən adamlara satmaq üçün istehsal olunan hormonal preparatlardan və bu əməliyyatlardan 3 milyard pul qazanıblar. 2022-ci ildə bu rəqəm 4,18 milyarda, 2023-cü ildə 7,5 milyarda yüksəlib.
Hazırda Amerikada 13 yaşdan yuxarı 1,6 milyon nəfər transgender yaşayır. Son 10 ildə onların sayı iki dəfə artıb. Transgenderlərdə kimyəvi dəyişimə uğramış genin olmasına dair fikrin elmi əsası yoxdur. Məsələ heç psixoloji pozuntuda da deyil. Məsələ tamamilə maliyyə məsələsidir. Əgər bu sahədən milyardlar qazanmaq mümkündürsə lobbilər, maliyyəçilər o sahəyə nüfuzlu eskpertləri cəlb edib, olmazın yalanlar uyduracaq, cəmiyyətin bunu qəbul etməsi üçün əllərindən gələni edəcəklər.
Psixoloq Dafna Skott isə transgenderliklə bağlı bildirib ki, transgenderlər konkret psixoloji pozuntulardan əziyyət çəkirlər.
“Bu işin özünü qadın və ya kişi bədənində hiss etməklə əlaqəsi yoxdur. Psixoloji simptomları etalon kimi təqdim edirlər. İnsan öz cinsini dəyişmək istəyirsə, bu ağır psixiatrik pozuntu- disforiyadır. Transgenderliyin təbliği insan nəslinin kəsilməsinə hesablanıb. Əməliyyat etdirib cinsini və görüntüsünü dəyişən insanlar bir qayda olaraq ya tez ölür, ya da intihar edirlər”,- deyə psixoloq bildirib.