"Bundan başqa hər hansı məhdudiyyət tətbiq edilməyəcək" - RƏSMİ
19 mart 2021 16:26 (UTC +04:00)

"Bundan başqa hər hansı məhdudiyyət tətbiq edilməyəcək" - RƏSMİ

“Bayram günlərində ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bundan başqa hər hansı məhdudiyyət tətbiq edilməyəcək: “Bu qərarın verilməsinə əsas səbəb yoluxmaların sayının artmasıdır. Müəyyən ciddi narahatlıqlar var. Britaniya ştammının da Azərbaycanda aşkar olunması bu narahatlığı artırır. Eyni zamanda son bir il ərzində Azərbaycanda səhiyyə sisteminin imkanları artırılıb. Bütün dünyada bu prosesə cəlb olunan texnologiyalar, tibbi avadanlıq alınıb. Eyni zamanda kütləvi vaksinasiya prosesi aparılır. Xəstəxanaların imkanlarına qarşı 1500-1600 xəstəmiz var. Bu, bizə imkan verir ki, ciddi sərtləşməyə getməyək. Ancaq xəstəxanalarda doluluq faizi artarsa, xüsusi sərtləşdirilmiş rejimə, ciddi məhdudiyyətlərə getmək məcburiyyətində qalacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3855
avatar

Oxşar yazılar