22 iyun 2021 16:46 (UTC +04:00)

Bulvar zolağı Bibiheybətə qədər uzadılacaq - RƏSMİ

“Bakı şəhərinin Baş Planı layihəsi yekunlaşmaq mərhələsindədir və yaxın zamanlarda təsdiqlənməsi gözlənilir".

Lent.az məlumat verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli deyib. O bildirib ki, layihə təsdiqlənmək üzrədir:

“Bununla bağlı yaşıllıq sahələrinin maksimum artırılması da nəzərdə tutulub". 

A.Əkbərli qeyd edib ki, Bulvar zolağının Bibiheybətə qədər uzadılması prosesinin davam etdirilməsi də layihədə yer alıb.

# 963
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar