Bu yay Azərbaycanda haralarda istirahət etmək mümkün olacaq? – RƏSMİ AÇIQLAMA 
20 aprel 2021 10:31 (UTC +04:00)

Bu yay Azərbaycanda haralarda istirahət etmək mümkün olacaq? – RƏSMİ AÇIQLAMA 

“Azərbaycanda əsas məsələ əhalinin sağlamlığıdır. Bütün verilən qərarlarda bu fikir əsas götürülür. Azərbaycan höküməti üçün ilk növbədə ölkə vətəndaşlarını və gələn qonaqları koronavirusdan qorumaqdır”.

Bu fikirləri Lent.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə

Kənan Quluzadə qeyd edir ki, bu məsələ həll edildikdən sonra digər istiqamətlərdə addımların atılacağı nəzərdə tutulur. 

“Bu il Turizm Agentliyi öz fəaliyyətində daha çox daxili turizmin bərpasına, inkişafına diqqət göstərəcək. Bununla bağlı marketinq, reklam kompaniyaları, müvafiq turizm məhsulların təqdim edilməsi istiqamətində kompaniyaların aparılması gözlənilir. Agentlik tərəfindən “Məcarə yaxında” platforması hazırlanıb. Bu layihədə yerli turizm şirkətlər, otellərlə birgə müxtəlif məhsulları təkliflər edirlər.

Agentlik rəsmisi beynəlxalq turizmlə bağlı qurumun müəyyən araşdırmalar apardığını qeyd edir:  

“Agentlik müəyyən imkanları araşdırır ki, hansısa ölkələrdən iki tərəfli turzmin bərpasını təmin etsin. Yüksək səviyyədə peyvəndlənmə aparılan və əhalinin böyük hissəsini əhatə edən ölkələr diqqətdə olacaq”.

İyun ayında Azərbaycanda keçiriləcək Avropa futbol çempionatı pandemiya başlayandan ölkədə keçiriləcək ilk beynəlxalq yarış olacaq. Kənan Quluzadə bildirir ki, yarışa heç də bütün ölkələrin deyil, sadəcə iştirakçı ölkələrin azarkeşlərinin iştirakı gözlənilir. 

“Dünyada və Azərbaycanda 2021 –ci il daxili turizmin bərpası ili kimi hesab olunur. İlin ikinci yarısında beynəlxaql turizmlə bağlı müəyyən gözləntilərə ümid edilir. Peyvəndləmə uğurlu keçirilərsə, bu istiqamətdə qərarların qəbulu daha da tezləşəcək. Ümumən beynəlxalq turizm  2019 -cu ilin göstəricilərinə əsasən, ən tez zamanda 2023-cü ildə bərpa olunacaq”.

# 5967
avatar

Nigar Adil

Oxşar yazılar