Bu tarixdən Azərbaycanda COVID-ə yoluxma arta bilər - XƏBƏRDARLIQ
30 sentyabr 2022 12:30 (UTC +04:00)

Bu tarixdən Azərbaycanda COVID-ə yoluxma arta bilər - XƏBƏRDARLIQ

“Oktyabr ayının ikinci yarısından yoluxmalar arta bilər”.

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, hazırda koronavirusla bağlı vəziyyət sabitdi:

“Koronavirusa görə epidemoloji vəziyyət sabitdir. Son vaxtlar hətta COVID-ə yoluxanların sayında azalma müşahidə olunur. Hələki sağalanların sayı  yoluxanların sayından çoxdur. Bu müsbət dinamika təbii ki bir müddət davam edəcək. Amma havalar soyuyanda, yəni oktyabr ayının ikinci yarısından ola bilər ki, yoluxanların sayı artsın. Əgər 2020-2021-ci illərin statistikasına baxsaq, bunun təkrarlandığını görürük. Onu da qeyd edim ki, soyuq aylarda ümumiyyətlə infeksiyaların yayılması üçün əlverişli şərait yaranır”.

İnfeksionist əhalini diqqətli olmağa çağırıb:

“İndiki dövrdə koronavirusa görə əlavə tədbirlərin alınmasına ehtiyac yoxdur. Bizim gördüyümüz qorunma tədbirləri, tövsiyələrimiz qüvvədədir. Sadəcə olaraq bu artımlar dövründə insanlar diqqətli olmalı, qapalı yerlərdə maskadan istifadə etməlidirlər. Mümkün qədər məsafə gözləməli, insanların sıx toplaşdığı yerdən uzaq durmalıdırlar. Yalnız bu artım dalğası bitdikdən sonra arxayınlaşmaq olar”. 

# 4758
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Naxçıvanın həbsdəki keçmiş nazirinin  vəziyyəti AĞIRLAŞDI

Naxçıvanın həbsdəki keçmiş nazirinin vəziyyəti AĞIRLAŞDI

28 noyabr 2022 , 23:10
Naxçıvanın tutulan maliyyə nazirini neçə il həbs cəzası gözləyir? - CAVAB

Naxçıvanın tutulan maliyyə nazirini neçə il həbs cəzası gözləyir? - CAVAB

28 noyabr 2022 , 18:19
 13 hərbçinin meyiti   Ermənistana verildi

13 hərbçinin meyiti Ermənistana verildi

28 noyabr 2022 , 17:39
Bakıda 5 marşrut xətti ilə bağlı  MÜSABİQƏ

Bakıda 5 marşrut xətti ilə bağlı MÜSABİQƏ

28 noyabr 2022 , 17:23
İnsan yetişdirən adam – O öyrətmirdi, öz yaşam tərzi ilə həyatı göstərirdi

İnsan yetişdirən adam – O öyrətmirdi, öz yaşam tərzi ilə həyatı göstərirdi

28 noyabr 2022 , 16:21
AzərTAc-a yeni sədr təyin edildi

AzərTAc-a yeni sədr təyin edildi

28 noyabr 2022 , 13:26
Sabah  qar yağacaq   - HAVA PROQNOZU

Sabah qar yağacaq - HAVA PROQNOZU

28 noyabr 2022 , 12:30
ATU növbəti beynəlxalq konqresə ev sahibliyi edəcək®

ATU növbəti beynəlxalq konqresə ev sahibliyi edəcək®

28 noyabr 2022 , 10:47