“Hazırda iki doza peyvənd olunmuş, lakin antitel yaranmayan şəxslərə üçüncü dozanın vurulması ilə bağlı məsələ aktiv müzakirə edilir”.
Lent.az məlumat verir ki, bu sözləri TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. O bildirib ki, bu barədə araşdırma ilin sonunda başa çatacaq:
“Hazırda isə Ümumdünya Səhiyyə Təşkilatı, eləcə də peyvənd istehsal edən şirkətlərlə bağlı göstəriş yoxdur”.