Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Astara şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Qurumdan Lent.az-a verilən məlumata görə, hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra şəhərə suyun verilişi bərpa olunacaq.
Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.