Yanvarın 18-də Azərbaycanın yollarında gözlənilən vəziyyət açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Ələt-Qazax, Quba-Qusar, Quba-Xaçmaz, Gəncə-Kəlbəcər-Laçın, Naxçıvan-Sədərək, Şuşa-Füzuli, Xankəndi-Xocavənd, Ağdam-Füzuli-Horadiz, Gəncə-Kəlbəcər-Laçın, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.
Bundan əlavə, şaxtalı hava şəraitinə görə dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.