“Bu qərar istehlakçı hüquqlarını pozur” -  EKSPERT
18 iyun 2021 18:45 (UTC +04:00)

“Bu qərar istehlakçı hüquqlarını pozur” - EKSPERT

“Düşünürəm ki, geyim dəyişmə otaqlarının məhdudlaşdırılması istehlakçı hüquqlarının pozulmasıdır. Bu böyük səhvdir”.

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib.

Xatırladaq ki, səhiyyə nazirinin müavini, respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il iyunun 7-dki 01 saylı qərarı ilə ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadənin qadağan olunması tələbi qəbul olundu. Bu qərar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İnsanlar geyim alarkən onu geyinib yoxlamağın vacibliyini vurğulayıblar. 

Ticarət mərkəzlərində geyim dəyişmə otaqlarının işləməməsi alıcıların işini çətinləşdirir. Bəs insanlar necə alış-veriş etsin?

Ekspert təklif edir ki, qərarda müəyyən yeniliklər edilməsi daha yaxşı olar:

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

“Onda zəhmət çəkib belə bir qərar da qəbul etsinlər ki, istehlakçının tələbatını ödəməyən mallar sözsüz, danışıqsız dəyişdiriləcək, yaxud da qaytarılacaqdır. Artıq mənə 20-ə yaxın istehlakçıdan şikayət gəlib. Hətta bu “online” satışdan da pisdir. Çünki elə sifariş verib alanda məhsulu çatdıranla razılaşmaqla evdə geyimə baxmaq, geyinib yoxlamaq mümkün olur. Elə bir şərait yaratmaq lazımdır ki, mütləq istehlakçının malı seçmək hüququ təmin olunsun. Çünki bu verilən qərar normal deyil. Bununla bağlı şikayətlər hələ çox olacaq. Ona görə də vəziyyət dəyişməlidir. Əlbəttə, bu qərar satıcıların və  biznes qurumlarının xeyrinədir”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2562
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar