Qida Təhlükəsizliyi Agentliyi tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Agentlikdən Lent.az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı Berlin şəhərində, Kraloveqradetsk, Moraviya–Sileziya, Ustetsk, Zlin, İsveç Krallığının Vestmanland, Sordermanland, Halland inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Berlin şəhərindən, Kraloveqradetsk, Moraviya–Sileziya, Ustetsk, Zlin, İsveç Krallığının Vestmanland, Sordermanland, Halland inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.