Bakıda daha bir marşrut xətti üzrə yeni avtobuslar istismara veriləcək.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, “Azlənd-Plaza” MMC tərəfindən 12 ədəd İsuzu markalı sərnişin avtobusu alınaraq şəhərimizə gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar Sabunçu və Bakıxanov qəsəbələrini metronun “28 May” stansiyası ilə əlaqələndirən 49 saylı marşrut xətti üzrə istismara veriləcək.
Yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə 49 saylı marşrut xəttindəki avtobusların bir qismi 161 saylıxətt üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla da Suraxanı dairəsi-Hövsan qəsəbəsini əlaqələndirən 161 saylı marşrutda son günlər nağdsız ödəniş sistemində müşahidə olunan problemlər aradan qalıdırılacaq.
Qeyd edirik ki, son günlər 161 saylı marşrut üzrə nağdsız fəaliyyət göstərən bəzi avtobuslarda texniki nasazlıqların yaranması nəzərə alınaraq marşrutun fasiləsiz fəaliyyətini təmin edilməsi məqsədi ilə müvəqqəti olaraq nağdsız avadanlıqlarla təchiz edilməyən avtobuslar istismar edilib.