Bu marşrut avtobuslarında ödəniş "BakıKart"la olacaq
15 iyul 2021 13:29 (UTC +04:00)

Bu marşrut avtobuslarında ödəniş "BakıKart"la olacaq

İyulun 16-dan Sabunçu dəmir yolu stansiyası. - N.Tusi küçəsi marşrut xətti üzrə hərəkət edən 62 saylı marşrut avtobuslarında gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bu səbəbdən marşrut xəttinin keçdiyi bir sıra ünvanlarda ödəmə terminalları quraşdırılıb.

Xətai rayonu üzrə:

Neapol 32, 

N.Tusi küç.137, 

N.Tusi 294Q, 

S.Ə.Şirvani küçəsi

Sabunçu rayonu üzrə: 

Əsildar Məmmədəliyev 76, 

Kişvəri Dilməqani 11, 

Sabunçu qəsəbəsi - Şəhər şosesi  

Nizami rayonu üzrə:

Qara Qarayev pr. 102, 

Əzim Əzimzadə 34/64, 

Azər Manafov küç.,

Qara Qarayev 89, 

Qara Qarayev prospekti 1 ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

# 1806
avatar

Oxşar yazılar