Bakının bəzi küçələrində ictimai nəqliyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib. Məlumata görə, məhdudlaşdırma Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir-bərpa işləri ilə əlaqədardır.
Bu səbəblə saat 10:00 radələrindən etibarən, Azadlıq prospekti - Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsindən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.