Sabahdan miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Qeyd edək ki, indiyə qədər miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir, eyni zamanda, hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilirdi. Bundan sonra miqrasiya orqanlarının işçilərinə sözügedən illik müavinət və maddi yardım verilməyəcək.