Bu il neçə müəllim işə qəbul olundu? - SAY AÇIQLANDI
10 iyun 2022 12:46 (UTC +04:00)

Bu il neçə müəllim işə qəbul olundu? - SAY AÇIQLANDI

2021-2022-ci tədris ili üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində 2 550 nəfər uğur qazanıb.

İdarədən Lent.az-a verilən məlumata görə, onlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 579 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

# 1203
avatar

Aytəkin Cəlali

Oxşar yazılar