Bu il Azərbaycanda əlillik verilənlərin  SAYI
19 noyabr 2021 12:06 (UTC +04:00)

Bu il Azərbaycanda əlillik verilənlərin SAYI

“Bu il 47519-a yaxın şəxsə əlillik təyinatı həyata keçirilib".

Lent.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu da ötən ilin müvafiq dövrünə nisbətən təqribən iki dəfə çoxdur.

A.Bayramov qeyd edib ki, Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə qazilərin əlilliyinin qiymətləndirilməsi işləri yerinə yetirilir:

 "İlk növbədə komissiya üzvləri hərbi qulluqçuların əyani müayinəsini və müvafiq sənədləşdirməni aparır. Ötən dövrdə Vətən müharibəsinin 2200 qazisinə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir".

# 1440
avatar

Aytəkin Cəlali

Oxşar yazılar