Bu il 731 nəfər QİÇS-ə YOLUXUB
22 dekabr 2022 11:31 (UTC +04:00)

Bu il 731 nəfər QİÇS-ə YOLUXUB

2022-ci ilin 11 ayı üzrə 731 nəfər İnsan immun çatışmazlığı virusuna (İİV) yoluxub.

Lent.az-ın xəbərinə görə, bu barədə Narkomanlığa və Narkotik vasitələrinin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Bildirilib ki, bunların 715-i Azərbaycan vətəndaşıdır.

Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10101 nəfər qeydiyyata götürülüb (9772-si Azərbaycan vətəndaşı, 329-u əcnəbi).

İİV-ə yoluxanların 10101 nəfərin 7195-i kişi, 2906-sı qadındır. Onlardan 3556-sı İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2499 nəfəri hazırda dispanser qeydiyyatındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar