Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzu qeysəriyyə əməliyyatı ilə bağlıdır.
Dünyada və Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğulan uşaqların sayı artmaqdadır. Hətta qan təhlillərindən yüksək nəticə ilə çıxan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar.
Bəs, qeysəriyyə əməliyyatı etməyin cəzası varmı?
“Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev deyir ki, qeysəriyyə əməliyyatının 15 min manata qədər cəriməsi var:
“Bu daha çox pul əldə etmək üçün edilməməlidir. Ehtiyac olmadığı halda qeysəriyyə əməliyyatı etmək vəzifəli şəxsdirsə, 5 mindən 7 min manata, xəstəxanalar isə 10 min manatdan 15 min manata qədər cərimə oluna bilərlər”.