Bu gündən fevralın 15-dək ictimai nəqliyyat işləməyəcək
13 fevral 2021 00:16 (UTC +04:00)

Bu gündən fevralın 15-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən fevralın 15-dək saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 13 fevral saat 00:00-dan 15 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

# 1965
avatar

Oxşar yazılar