Bu ərazilərdə 2 gün su olmayacaq.
Lent.az "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə istinadla xəbər verir ki, Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləri ilə əlaqədar fevralın 7-si axşam saatlarından başlayaraq sabah gün ərzində Qaradağ rayonunun Qobustan qəsəbəsi və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.