Bu ərazidə hərəkət məhdudlaşdırılacaq -  DİQQƏT
11 may 2021 11:54 (UTC +04:00)

Bu ərazidə hərəkət məhdudlaşdırılacaq - DİQQƏT

Bu gün Bakının Ziya Bünyadov prospektindən Heydər Əliyev prospektinə düşən hissədə yol ötürücüsü üzərində təmir işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, sözügedən ərazidə işlər yekunlaşandan sonra Mikayıl Əliyev küçəsindən Heydər Əliyev prospektinə düşən hissədə də yol ötürücüsü üzərində təmir işlərinin aparılması planlaşdırılır. Bu səbəbdən təmir işləri aparılan müddətdə yol ötürücüləri üzərində hərəkət məhdudlaşdırılacaq.

Təmir işlərinin axşam saatlarınadək yekunlaşdırılması nəzərdə tutulur.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

# 1323
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar