Boş qalan plan yerlərinə  QEYDİYYAT   başladı
14 sentyabr 2021 12:36 (UTC +04:00)

Boş qalan plan yerlərinə QEYDİYYAT başladı

Bu gündən boş qalan plan yerlərinə və kolleclərə qəbul olunanların qeydiyyatı başlayır.

Dövlət İmtaan Mərkəzindən (DİM) Lent.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalmış plan yerlərinə qəbul olunmuş şəxslər sentyabrın 14-ü saat 12:00-dan sentyabrın 20-si saat 23:59-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 24 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.

# 1929
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar