Bişkek-Antalya reysi ilə uçan təyyarə Bakıya məcburi eniş etdi
13 avqust 2022 10:15 (UTC +04:00)

Bişkek-Antalya reysi ilə uçan təyyarə Bakıya məcburi eniş etdi

Bişkek-Antalya reysi ilə uçan təyyarə Bakıya eniş edib.

 Lent.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, "Türk Hava Yolları" aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib.

"Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub.

Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib.

Qeyd edək ki, hazırda təyyarəyə hava limanının texniki heyəti tərəfindən baxış keçirilir.

# 996
avatar

Oxşar yazılar