Birinci sinfə qəbulla bağlı müraciətlərin  SAYI
18 may 2021 13:31 (UTC +04:00)

Birinci sinfə qəbulla bağlı müraciətlərin SAYI

Bakı məktəblərinin birinci sinfinə 43 mindən artıq uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) fəaliyyət göstərir.

Qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar