Bir sinif üzündən bütün şagirdlər məktəbə buraxılmadı - AZƏRBAYCANDA
27 fevral 2021 21:57 (UTC +04:00)

Bir sinif üzündən bütün şagirdlər məktəbə buraxılmadı - AZƏRBAYCANDA

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək. 

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi. 

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9105
avatar

Oxşar yazılar