Beş gün güclü  maqnit qasırğası   olacaq - XƏBƏRDARLIQ
20 noyabr 2023 11:33 (UTC +04:00)

Beş gün güclü maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Yaxın bir neçə gün ərzində Yer kürəsini beş günlük maqnit qasırğası bürüyəcək.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiya laboratoriyası məlumat yayıb. 

Maqnitosferdə iğtişaşlar hələ noyabrın 22-də gözlənilə bilər. Alimlərin fikrincə, Yerin maqnitosferi noyabrın 22-dən 26-dək turbulent olacaq. Eyni zamanda, noyabrın 22, 24 və 25-də maqnit qasırğasının səviyyəsi zəif - G1, noyabrın 23 və 26-da isə daha da zəifləyəcək, lakin maqnitosfer pozulmuş vəziyyətdə qalacaq.

Mütəxəssislər xəbərdarlıq edir ki, maqnit qasırğaları rabitə və enerji sistemlərini sıradan çıxara, heyvanların və quşların miqrasiya yollarına təsir göstərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21549
avatar

Fidan İlqar

Oxşar yazılar