Bərbər və gözəllik salonlarında  YENİ SİSTEM  tətbiq edilir
16 iyun 2021 18:02 (UTC +04:00)

Bərbər və gözəllik salonlarında YENİ SİSTEM tətbiq edilir

Bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.

APA-nın məlumatına görə, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

Sənəddə qeyd olunub ki, bərbər və gözəllik salonlarında iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.

Bundan başqa, bu xidmət sahələrində bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi də məcburidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556
avatar

Oxşar yazılar