Bakı Nəqliyyat Agentliyi həftəsonu ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı məlumat yayıb.
Agentliyin mətbuat katibi Mais Ağayev Lent.az-a bildirib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 0:00-dan 20 iyun saat 06:00-dək, müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq. Əvvəlcədən də məlumat verildiyi kimi 20 iyun bazar günü olmasına baxmıyaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək.