Bayram günlərində KOSMİK HAVA PROQNOZU
28 dekabr 2023 10:32 (UTC +04:00)

Bayram günlərində KOSMİK HAVA PROQNOZU

Dekabrın sonu və bayram günləri üçün kosmik hava proqnozu açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.

​Ötən günlərdə Günəşin fəallığı aşağı səviyyədə, ləkə qrupları sakit və stabil olub. Günəş diskində C sinfinə aid bir necə alışma baş versə də, geoeffektiv (Yerə yönələn) tac kütlə atılması müşahidə olunmayıb. Günəş küləyi parametrlərini ölçən DSCOVR peykindən əldə olunan görüntülər külək fonunun normal səviyyədə olduğunu deməyə əsas verir. ​

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məlumatına görə, çox kiçik ehtimalla M sinif alışmaların olacağı proqnozlaşdırılır. 28 dekabr 2023 cü il - 03 yanvar 2024-cü il tarixlərində maqnit qasırğalarının gücünün ölçülməsində istifadə olunan Kp əmsalı 10 ballıq şkala (0-9) üzrə 2-4 intervalında dəyişəcək. Kiçik fasilələrlə fəal səviyyədə (Kp=4) olsa da, ümumən geomaqnit şəraitin sakit olacağı (Kp<4) proqnozlaşdırılır. Orta en dairələrində geomaqnit qasırğanın baş vermə ehtimalı 1%-dən azdır. ​

Qeyd etmək lazımdır ki, Günəş fəallığının təsiri nəticəsində geomaqnit sahədə həyəcanlaşmaların artması səbəbindən yarana bilən maqnit qasırğası Kp əmsalının 5-ə bərabər (G şkalası üzrə G1 səviyyə) qiymətindən başlayaraq maksimal 9-a qədər (G şkalası üzrə G5 səviyyə) güclənə bilər.​

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4164
avatar

Fidan İlqar

Oxşar yazılar