Bayram günlərində daxili turizimdə hansı yeniliklər olacaq?- ÖZƏL
18 mart 2021 17:38 (UTC +04:00)

Bayram günlərində daxili turizimdə hansı yeniliklər olacaq?- ÖZƏL

“Novruz bayramı müddətində əsas vəzifəmiz turizmin təhlükəsizliyini təmin etməkdir ki, daha çox məhz bu istiqamətdə fokuslanmışıq”.

Bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə Lent.az-a açıqlamasında bildirib. O qarşıdan gələn Novruz bayramı tətilində ölkədə turizimdə hər hansı yeniliklərin olub-olmayacağına fikir bildirib.

 

Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə

“Novruz bayramı karantin rejiminin tətbiqi dövründə keçirilir. Bununla bağlı məhdudiyyətlər mövcuddur. Əsas vəzifəmiz turizmin təhlükəsizliyini təmin etməkdir ki, daha çox məhz bu istiqamətdə fokuslanmışıq”.

Qeyd edək ki, özünəməxsus adət-ənənələri olan bu bayramın hər birimiz üçün müəyyən özəllikləri var. Bu bayram təkcə yeni gün, yeni əhval-ruhiyyə demək deyil. Bu bayram həm də qədim mədəniyyətimizin təbliği deməkdir. Hər il Novruz bayramı ilə əlaqədar ölkəmizə gələn turistlər məhz bu bayramın simasında mədəniyyətimizlə daha yaxından tanış olmaq fürsəti əldə edirlər. Bu mənada Novruz ölkəmizdə turizmin inkişafına təkan verən bayrama çevrilməkdədir desək, səhv etmərik. Amma adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan artıq ikinci ildir ki, ölkəmizdə bu bayramla əlaqədar heç bir şənlik təşkil olunmur.

# 3222
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar