Bakıya sulu qar,  rayonlara qar yağacaq - Sabahın HAVASI
27 dekabr 2025 12:38 (UTC +04:00)

Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın HAVASI

0

Dekabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5 dərəcəyədək isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunu, nisbi rütubət 80-85% təşkil edəcək. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
 
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar