"Dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olub-olmaması vacibdir.".
Lent.az məlumat verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib. O bildirib ki, bağırsaq çöplərinin normadan kənar olması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər:
"Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması 5 000-dir. Məsələn, Qaradağ rayonunda Sahil zonası, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi, Xəzər rayonunda Türkan çimərliklərindən götürülən bakteoroloji nümunələr standartlara uyğun gəlməyib. Bu səbəbdən də çimərliklərdən istifadə qadağan olunub”.