Bakının iki rayonu qazsız qalacaq
21 noyabr 2025 10:05 (UTC +04:00)

Bakının iki rayonu qazsız qalacaq

0

Bakının Nizami və Binəqədi rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Lent.az xəbər verir ki, bu barədə “Azəriqaz”  İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, Nizami rayonu B.Çobanzadə və R.Rüstəmov küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Bəhlulzadə küçəsində isə qaz xəttinin yerinin dəyişdirilməsi işləri ilə əlaqədar noyabrın 21-i saat 11:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Həmçinin Nizami rayonunun A.Manafov, B.Çobanzadə, K.Balakişiyev, Özbəkistan, Q.Qarayev, M.Abbasov, M.S.Ordubadi və Ə.Hacıyev küçələrində, Binəqədi rayonunun isə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 90

Oxşar yazılar