Heydər Əliyev prospekti, Bakı
24 mart 2021 12:36 (UTC +04:00)

Heydər Əliyev prospekti, Bakı

Bakının iki prospektində hərəkət məhdudlaşdırılır - SƏBƏB

Aparılan cari təmir və təmizlik işləri ilə əlaqədar olaraq Heydər Əliyev prospektində Bağırov körpüsünün yan yollarında, həmçinin Babək prospektinin Günəşli qəsəbəsi istiqamətində düşən hissəsində hərəkət qismən məhdudlaşdırılır. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə,  sürücülərdən bu ərazilərdə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

# 1506
avatar

Oxşar yazılar