Bakının əsas çirklənmə SƏBƏBİ
08 yanvar 2021 16:51 (UTC +04:00)

Bakının əsas çirklənmə SƏBƏBİ

"Qlobal tullantıların yaranmasında Azərbaycanın payı 0,15 faiz təşkil edir".

Lent.az məlumat verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, bu böyük pay deyil:

"Azərbaycanda istilik effekti yaradan qazların inventarlaşması aparılır. Hazırda istilik effekti yaradan qazların konsentrasiyasında azalmaya nail olunub. Artıq istehsalat sahələrində yeni texnologiyalar tətbiq edilir və atmosferə atılan tullantıların miqdarı azalır”.

Xidmət rəisi həmçinin qeyd edib ki, ölkədəki maşınların yarısı Bakıdadır:

"Ona görə də çirklənməyə məruz qalan əsas şəhərlərdən biri Bakıdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar