Aprelin 21-i saat 09:00-dan saat 16:00–dək Bakı şəhəri, Heydər Əliyev prospektinin yan yolunda (şəhər istiqamətində ARDNŞ-nin inzibati binasının qarşısında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Lent.az xəbər verir ki, bu barədə AAYDA-da məlumat verib.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.