Bu gün axşamdan Bakının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranacaq.
Lent.az-a "Azərsu"dan verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 10-u axşam saatlarından başlayaraq təmir- bərpa işləri yekunlaşanadək Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.