Bakının bu rayonlarının qazı  KƏSİLƏCƏK
07 sentyabr 2022 10:55 (UTC +04:00)

Bakının bu rayonlarının qazı KƏSİLƏCƏK

Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Lent.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS” Magistral Qaz Kəmərinin dayaqlar üzərinə qaldırılması, “30-cu Sahə” QPS-də əlaqələndiricinin və  əymənin quraşdırılması ilə bağlı 8 sentyabr saat 08:00-dan etibarən işlər başa çatanadək “30-cu sahə”, “Xətai”, “Keşlə” və “Əhmədli” QPS-lərdən, magistral qaz kəmərindən qidalanan “Bakı-ES-MMC”,  "Azərneftyağ" (5/6sex)”,  “SOCARYDM-13”, “SOCARYDM-21” və “Körpü Tunel MMC”  ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. 

Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 2868
avatar

Aytəkin Cəlali

Oxşar yazılar