Bakının bu rayonlarında iki gün  su problemi   olacaq
13 may 2024 17:51 (UTC +04:00)

Bakının bu rayonlarında iki gün su problemi olacaq

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılacaq təmir-bərpa işləri ilə
əlaqədar mayın 14-16-da kəmərin marşrutu boyu
yerləşən və bu xətdən qidalanan kəndlərə, eləcə də Abşeron rayonunun
Qobu və Hökməli qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsi
dayandırılacaq. Eyni zamanda Abşeron, Binəqədi, Yasamal, Nəsimi və
Səbail rayonları ərazisində suyun verilişi rejimlərində tənzimləmələr
aparılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Qeyd edilir ki, bu müddətdə Ceyranbatan Sutəmizləyici Qurğularında
emal olunan və şəbəkəyə ötürülən suyun həcmi artırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5139
avatar

Oxşar yazılar