Bakıdakı məşhur restoranlar  CƏRİMƏLƏNDİ  -  SİYAHI
16 iyun 2021 16:09 (UTC +04:00)

Bakıdakı məşhur restoranlar CƏRİMƏLƏNDİ - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində iyunun 15-də ölkə üzrə 428 ictimai iaşə obyektində 747 monitorinq keçirib.

AQTA-dan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xəzər ‎rayonu‎, Mərdəkan ŞTQ, ev 879B ünvanında yerləşən, fiziki şəxs Cəfərov Vaqif Haknəzər oğluna məxsus restoran;

2. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində‎ yerləşən, hüquqi şəxs "Caravan-Baku" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Caravan” restoranı;

3. Bakı şəhəri, Səbail ‎rayonu, Zeynalabdin Tağıyev 6 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Sabutay Səbuhi oğluna məxsus “Meatadore” restoranı;

4. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 25b ünvanında yerləşən, fiziki şəxs Mahmudov Vidadi Hüseynqulu oğluna məxsus restoran;

5. Bakı şəhəri, Nərimanov ‎rayonu, ‎ Əliyar Əliyev 25 ünvanında yerləşən, fiziki şəxs Seyfullayev Ceyhun Qüdrət oğluna məxsus restoran;

6. Bakı şəhəri, Binəqədi ‎rayonu, Ataturk 69 A ünvanında yerləşən, fiziki şəxs Qarayev Amal Veyis oğluna məxsus “Lido” restoranı;

7. Bakı şəhəri, Nərimanov rayonu,‎ Xətai prospekti ev 51 ünvanında yerləşən, hüquqi şəxs "Bakı Günaydın" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Günaydın” restoranı;

8. Bakı şəhəri, Nərimanov rayonu,‎ Orucəliyev 39C - 39E ünvanında yerləşən, hüquqi şəxs "Brilliance" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Level 99” kafesi;

9. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Qurbanov Azər Əlağa oğluna məxsus kafe.

 

# 2115
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar