Bakıdakı dəyişikliklər : 236 küçə və prospektdə ...
17 may 2021 12:23 (UTC +04:00)

Bakıdakı dəyişikliklər: 236 küçə və prospektdə ...

“Bakı şəhəri üzrə ümumilikdə 236 küçə və prospektdə dəyişikliklər edilməsi ilə bağlı yeni layihələr təklif edilib”.

Lent.az məlumat verir ki, bunu 6-cı Qlobal Yol Təhlükəsizliyinə həsr olunmuş tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. V.Kərimli qeyd edib ki, son 5 il ərzində istismarda olan avtobusların 46 faizi yenilənib və 11 məntəqədə 88 yeni yeni svetofor quraşdırılıb:

“Hesablamalarımıza görə, hazırda Bakı şəhərinin mərkəzi hissəsində 49800 kv.m piyada zonası mövcuddur. Daha 15300 kv.m sahənin tamamilə piyadalaşması, həmçinin 10 min kv.m ərazidə isə piyada üstünlüyü olan zonaların yaradılması planlaşdırılır”.

Sədrin sözlərinə görə, artıq müvafiq layihələr aidiyyəti orqanlara göndərilib: 

“Piyada zonalarının yaradılması Bakı şəhərinin Baş Planına da daxil edilib, Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirə aparılıb".

V.Kərimli Bakı şəhərində velosiped nəqliyyatının inkişaf etdirilməsindən də söz açıb:

“Ümumi strateji plana görə, velosiped yollarının uzunluğu şəhərin bulvar ərazisində 7,5 km, 2027-ci ilə qədər 63,5 km, 2040-cı ilə qədər isə 251 km-ə qədər təşkil edəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar