Böyük Şor qovşağından başlayaraq 20 Yanvar dairəsi istiqamətində Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, Sıxlıq Z.Bünyadov prospektində yük avtomobillərinin törətdiyi yol-nəqliyyat hadisəsi səbəbindən yaranıb.
Sıxlıq bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların da intervalında ləngimələrə səbəb olub.
 
 
                 
                             
     
                                                