Bakıda yetim qızın başına OYUN AÇDILAR:  Tükürpədən FAKTLAR
16 noyabr 2022 14:07 (UTC +04:00)

Bakıda yetim qızın başına OYUN AÇDILAR: Tükürpədən FAKTLAR

Bakıda dilənçi qadın 14 yaşlı qızı istismar edir.

Bu barədə Lent.az-a Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Onun sözlərinə görə, qızın anası uzun müddətdir ki, dünyadan köçüb:

"Atası isə həbs olunub. Bundan sonra qız uzun müddət dayısı və digər qohumların himayəsində olub.  

Son zamanlar isə əlil arabasında olan fiziki və əqli qüsurlu bir qadın özünü yazıq göstərərək 14 yaşlı qızı ələ alır. Belə ki, qız əlil arabasında olan həmin qadını Tarqovuda gəzdirərək pul dilənir. Həmin pulları qadın qızın əlindən alaraq tanışlarına faizlə borc verir. Qız hazırda sığınacağa yerləşdirilib".

K. Ağazadə qadının qızın sənədlərinin əlindən alıb tanışlarına verdiyini bildirib.

# 6147
avatar

Fidan İlqar

Oxşar yazılar