Bakıda sinif yoldaşını  döyən şagird   bu rayonda oxuyacaq
21 noyabr 2022 11:53 (UTC +04:00)

Bakıda sinif yoldaşını döyən şagird bu rayonda oxuyacaq

Bakıdakı 112 saylı tam orta məktəbdə şagirdlərdən birinin sinif yoldaşına qarşı fiziki zorakılığı ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərlə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsi müvafiq tədbirlər keçirib.

İdarədən Lent.az-a verilən xəbərə görə, hadisənin iştirakçıları olan şagirdlərə zəruri psixoloji xidmət göstərilib, zərərçəkən şagird və onun valideynləri ilə görüş keçirilib, profilaktik söhbətlər aparılıb, şagirdin təhlükəsiz təhsil şəraitinin təmin olunduğu valideynlərinin nəzərinə çatdırılıb.

Hadisənin iştirakçısı olan şagirdlərə nəzarətin gücləndirilməsi və aidiyyəti tədbirlərin görülməsi istiqamətində Bakı şəhəri 112 nömrəli tam orta məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Videogörüntüdə sinif yoldaşına xəsarət yetirən şagird ailəsinin təşəbbüsü və xahişi əsasında təhsilini hazırda Yevlaxdakı məktəblərin birində davam etdirir.

Məktəbdaxili münasibətlərin düzgün tənzimlənməsi hər zaman diqqət mərkəzində saxlanılır və bununla bağlı zəruri maarifləndirmə işləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3681
avatar

Fidan İlqar

Oxşar yazılar