Bakıda SİLSİLƏ OĞURLUQLARIN  üstü açıldı
20 noyabr 2021 14:06 (UTC +04:00)

Bakıda SİLSİLƏ OĞURLUQLARIN üstü açıldı

Bakıda silsilə oğurluq edən şəxslər müəyyən edilib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumatına görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 12-də Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını, həmçinin, rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materiallarını oğurladığına görə tutulmuş R.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun T.Həmidov və digər 1 nəfərlə birlikdə noyabrın 9-da rayon ərazisində kirayədə yaşayan bir qadının mənzilinə daxil olub hədə-qorxu gəlməklə 1700 manat pulunu və 2000 manat dəyərində qızıl-zinət əşyalarını almaları da müəyyən edilib.

# 1968
avatar

Oxşar yazılar