Noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları cəhdin qarşısını alıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.
Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.
Hazırda müvafiq araşdırmalar aparılır.