Sosial şəbəkələrdə Bakıxanov qəsəbəsində səkinin ortası ilə çəkilən qaz xəttinin görüntüləri yayılmışdı.
Lent.az xəbər verir ki, videogörüntülər yayıldıqdan sonra həmin qaz xətti "Azəriqaz" İB tərəfindən sökülüb.
Məlumata görə, qaz xətti ərazidə fəaliyyət göstərən ticarət mərkəzlərindən biri üçün çəkilmişdi.
İki gün əvvəl problem aradan qaldırılıb. Xəttin səkinin ortası ilə çəkilmiş 105 metrlik hissəsi tam olaraq kənarlaşdırılıb.